Şabranda gənc oğlan yol qəzasında xəsarət alıb

Hadisə
  • 01 may, 2023
  • 22:47
Şabranda gənc oğlan yol qəzasında xəsarət alıb

Şabran rayonunda 20 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, 2003-cü il təvəllüdlü Səlimov Mustafa Ariz oğlu idarə etdiyi motosikleti hərəkətdə olan avtomobilə çırpıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub. Fakt araşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti