Şabranda gənc oğlan ov zamanı güllə yarası alaraq ölüb - YENİLƏNİB

Şabranda gənc oğlan ov zamanı güllə yarası alaraq ölüb - YENİLƏNİB Şabran. 13 oktyabr. REPORT.AZ/ Şabran rayonunda ov etmək istəyən gənc oğlan ehtiyatsızlıqdan özünü güllələyib.
Hadisə
13 Oktyabr , 2018 19:59
Şabranda gənc oğlan ov zamanı güllə yarası alaraq ölüb - YENİLƏNİB

Şabran. 13 oktyabr. REPORT.AZ/ Şabran rayonunda ov etmək istəyən gənc oğlan ehtiyatsızlıqdan özünü güllələyib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Zeyvə kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Şıxəliyev tüfəngdən atəş açarkən güllə naməlum səbəbdən onun baş nahiyəsinə dəyib.

Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən M.Şıxəliyev bir müddətdən sonra orada dünyasını dəyişib.

Xəstəxanadan verilən məlumata görə, meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.


***18:42

Şabran. 13 oktyabr. REPORT.AZ/ Şabran rayon sakini güllələnib.

"Report"un Şimal bürosu xəbər verir ki, rayonun Zeyvə kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Şıxəliyev güllə yarası ilə Şabran Rayopn Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstaxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, ov tüfəngindən açılan güllə M.Şıxəliyevin baş nahiyəsinə dəyib: "Yaralının vəziyyəti ağırdır. Hazırda onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir". 

Qeyd edək ki, ötən gün Salyan rayonunda vətəndaşlardan iki ədəd sənədsiz ov tüfəngi götürülüb.

Son xəbərlər

Orphus sistemi