Şabranda evlərdən və mağazadan oğurluq edən şəxslər saxlanılıb

Şabranda evlərdən və mağazadan oğurluq edən şəxslər saxlanılıb Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir
Hadisə
14 Aprel , 2017 19:51
Şabranda evlərdən və mağazadan oğurluq edən şəxslər saxlanılıb

Şabran. 14 aprel. REPORT.AZ/ Şabran rayonunda üç evdən müxtəlif elektrik avadanlığı oğurlayan şəxslər saxlanılıb. 

"Report"un Şimal bürosu xəbər verir ki, bunlar Siyəzən şəhər sakinləri - 25 yaşlı Toğrul Güləliyev və 27 yaşlı Tehran Gülməmmədovdur. 

Onlar Şabran Rayon Polis Şöbəsində verdikləri ilkin ifadə zamanı əməllərini etiraf edib və bu yola maddi imkansızlıq ucbatından düşdüklərini bildiriblər. 

Bundan başqa, Ramin Bayramova məxsus "Şabran Telekom" mağazasından dəyəri 200 manat olan HTC Desire 526G Dual SIM markalı mobil telefonu oğurlayanın da rayonun Sincanboyad kənd sakini, 37 yaşlı Elşad Bağırovun oğurladığı müəyyənləşib. 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi