Şabranda dənizdə batan şəxsin meyiti tapılıb.
"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Çayqaraqaşlı kəndi yaxınlığında dənizdə, ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazidə batan rayonun Qorgan kənd sakini, 2010-cu il təvəllüdlü Hidayətov Elmir Əlizaman oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır.
Şabranda bir nəfər dənizdə batıb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Şabran rayonu, Çayqaraqaşlı kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.