Şabranda biçilmiş taxıl sahələrini yandıran iki nəfər saxlanılıb

Şabranda biçilmiş taxıl sahələrini yandıran iki nəfər saxlanılıb Şabran. 10 avqust. REPORT.AZ/ Şabran rayonunda biçilmiş taxıl sahələrini yandıran iki nəfər saxlanılıb.
Hadisə
10 Avqust , 2018 13:29
Şabranda biçilmiş taxıl sahələrini yandıran iki nəfər saxlanılıb

Şabran. 10 avqust. REPORT.AZ/ Şabran rayonunda biçilmiş taxıl sahələrini yandıran iki nəfər saxlanılıb.

Bu barədə "Report"un Şimal bürosuna Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib. 

Belə ki, Şabran Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində iyulun 29-da Dağbilici və Xəlfələr, avqustun 5-də isə Taxtakörpü kəndləri ərazisində ehtiyatsızlıqdan biçilmiş taxıl və quru otlaq sahələrinin yanmasına səbəb olan Asəf Qasımov və Elşən Hacıyev saxlanılıblar. Onlar barəsində inzibati qaydada qanunauyğun tədbirlər görülüb. Dindirilmə zamanı hər iki şəxs ehtiyatsızlıqdan törətdikəri yanğına görə peşman olduqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycanda taxıl biçinindən sonra sahələrə od vuranlara, habelə yüksək gərginlikli elektrik xətlərinin altında əkin sahələrini yandıraraq bu xətlərə təhlükə yaradanlara, o cümlədən meşə sahələrində yanğınlara səbəb olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən ciddi tədbirlər görülür. Son günlər biçilmiş taxıl sahələrini və digər əkin sahələrini ehtiyatsızlıqdan və qəsdən yandıran 15 nəfər inzibati həbs edilib, daha 17 nəfər barəsində isə digər inzibati cəza tədbirləri görülüb. Əkin sahələrində, meşəlik ərazilərdə yanğınların törədilməsinə qarşı mübarizə qanunvericiliyin tələbləri əsasında sərtləşdrilib. Bundan sonra da belə əməllər törədənlər barəsində cəza tədbirləri görüləcək.

Ötən il İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliyə əsasən, əkin sahələrinin yandırılmasına qarşı cəzalar sərtləşdirilib. Əkin yerlərinin yandırılmasına görə fiziki şəxsləri 400 manatdan 600 manata qədər, vəzifəli şəxsləri 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimə cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi