Şabranda baş verən qəzada iki nəfər xəsarət alıb - FOTO

Hadisə
  • 27 aprel, 2020
  • 21:03
Şabranda baş verən qəzada iki nəfər xəsarət alıb - FOTO

Şabran şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, Mərkəzi Xəstəxananın qarşısında “Mercedes” və “AzSamand” markalı avtomobillər toqquşub.

Nəticədə, Şabran şəhər sakinləri 1988-ci il təvəllüdlü Həmidov Aqşin İlqar oğlu və 1997-ci il təvəllüdlü İskəndərov Samir İskəndər oğlu xəsarət alıb.

Hər iki yaralı Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Tibbi müayinədən sonra xəsarət alanlar ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.