Şabranda avtomobillə vurulan gənc Bakıya gətirilib

Şabranda avtomobillə vurulan gənc Bakıya gətirilib Şabran rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
21 Oktyabr , 2021 04:07
Şabranda avtomobillə vurulan gənc Bakıya gətirilib
0 : 00
0 : 00

Şabran rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Əliyev Qulu Teyyub oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. O, təcili tibbi yardımın köməkliyilə Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra Bakı şəhərinə gətirilib.

Müayinə zamanı ona sağ almacıq sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi