Şabranda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Şabranda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB Şabran rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
6 İyun , 2024 21:16
Şabranda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, bu gün saat 19:30 radələrində Şabran rayonu ərazisində rayon sakini Məmmədəli Quliyev idarə etdiyi "Opel" markalı avtomobil ilə yolu keçən piyada 2008-ci il təvəllüdlü rayon sakini L.Osmanovanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran RMX-çatdırılan şəxs orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

21:03

Şabran rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Şabran şəhərinin mərkəzində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil 2008-ci il təvəllüdlü Osmanova Leyla Fariz qızını vurub.

Piyada Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi