Şabranda avtomobil pəri sürücünün əlini doğradı

Şabranda avtomobil pəri sürücünün əlini doğradı Şabran rayonunun Sarvan kəndində yerli sakin ehtiyatsızlıqdan xəsarət alıb.
Hadisə
24 Fevral , 2021 14:12
Şabranda avtomobil pəri sürücünün əlini doğradı

Şabran rayonunun Sarvan kəndində yerli sakin ehtiyatsızlıqdan xəsarət alıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, kənd sakini 1965-ci il təvəllüdlü Elşad Həmid oğlu Məmmədov avtomobilini təmir edərkən əli işlək vəziyyətdə olan pərə ilişərək xəsarət alıb.

E.Məmmədov Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib, xəstəxanada ona ilkin tibbi yardım göstərilib, ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi