Şabranda quduzluğa görə nəzarətə götürülən kəndə baxış keçirilib, heyvanlar basdırılıb

Şabranda quduzluğa görə nəzarətə götürülən kəndə baxış keçirilib, heyvanlar basdırılıb Dövlət qurumlarının nümayəndələri Şabranda 20 nəfərin quduzluq şübhəsi ilə nəzarətə götürüldüyü Qorğan kəndinə baxış keçiriblər.
Hadisə
17 May , 2023 12:52
Şabranda quduzluğa görə nəzarətə götürülən kəndə baxış keçirilib, heyvanlar basdırılıb

Dövlət qurumlarının nümayəndələri Şabranda 20 nəfərin quduzluq şübhəsi ilə nəzarətə götürüldüyü Qorğan kəndinə baxış keçiriblər.

Bunu "Report"un Şimal bürosuna Şabran Rayon İcra Hakimiyyəti başçısının Qorğan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Orxan Balabəyov bildirib.

Onun sözlərinə görə, 25 gün əvvəl yırtıcı heyvanlar kənd sakini Ənvər Piriyevə məxsus təsərrüfatlardan birində xırda buynuzlu heyvanlara hücum edib. Təsərrüfat sahibi yaralı qoyunları kəsərək ətini fermadakı itlərinə verib.

Daha sonra digər qoyunların da xəstələndiyini görən Ə.Piriyev onları kəsib, ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib.

Bir neçə gün keçdikdən sonra daha 10 qoyunun tələf olduğunu görən təsərrüfat sahibi dövlət qurumlarına müraciət edib.

Ə.Piriyev və 20-yə yaxın ailə üzvü quduzluq əleyhinə iynə vurularaq nəzarətə götürülüblər.

İcra nümayəndəsinin sözlərinə görə, ölmüş qoyunlardan götürülən analizlər heyvanların quduzluq xəstəliyinə yoluxduğunu təsdiqləyib.

Ə.Piriyevin təsərrüfatındakı digər qoyunlar kəsilib yandırılaraq basdırılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Report"a bildirilib ki, Şabran rayonunun Qorğan kəndində təsərrüfatlardan birində baş verən hadisə AQTA tərəfindən ciddi nəzarətə götürülüb:

"Hadisənin səbəbləri ilə bağlı Agentliyin mütəxəssisləri ilə digər aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".

Son xəbərlər

Orphus sistemi