Şabran və Samux sakinlərindən silah götürüldü

Şabran və Samux sakinlərindən silah götürüldü Şabran və Samux sakinlərində silah aşkarlanıb
Hadisə
15 Fevral , 2021 12:08
Şabran və Samux sakinlərindən silah götürüldü

Şabran və Samux sakinlərində silah aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Şabran Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təzəkənd kənd sakini B.Musayevin yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa, Samux RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bağbanlar kənd sakini X.Qəribovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi