Şabran rayonunda zəlzələ olub - YENİLƏNİB

Şabran rayonunda zəlzələ olub - YENİLƏNİB Zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub
Hadisə
20 Aprel , 2018 00:01
Şabran rayonunda zəlzələ olub - YENİLƏNİB

Şabran. 20 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Şabran ərazisində baş vermiş zəlzələ haqqında məlumat yayıb.

"Report" Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 22:17:20-də, Siyəzəndən 13 km qərbdə, Şabran ərazisində qeydə alının. Zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

3,4 maqnitudalı zəlzələnin episentri 10 km dərinlikdə yerləşib. 


***22:50

Şabran rayonunda zəlzələ olub.

"Report"un Şimal bürosunun məlumatına görə, yeraltı təkanlar Şabranla yanaşı, Qubada və Xaçmazda da hiss olunub.

Zəlzələ təxminən 3-3,5 bal gücə malik olub.

Son xəbərlər

Orphus sistemi