Sabirabadda zəncirvari yol qəzası baş verib, biri polis olmaqla 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Sabirabadda zəncirvari yol qəzası baş verib, biri polis olmaqla 4 nəfər xəsarət alıb - YENİLƏNİB Hadisə rayonun Bulaqlı kəndi ərazisində qeydə alınıb
Hadisə
2 Mart , 2018 23:56
Sabirabadda zəncirvari yol qəzası baş verib, biri polis olmaqla 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Report

Sabirabad. 2 mart. REPORT.AZ/ Sabirabad rayonunda baş verən zəncirvari qəzada xəsarət alan şəxslərin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı İmişli sakinləri, 1961-ci il təvəllüdlü Məmmədova Sayad Böyükkişi qızı, 1987-ci il təvəllüdlü Məmmədova Aybəniz Ələsgər qızı, Sabirabad sakinləri, 1984-cü il təvəllüdlü Hüseynov Elşən Eyvaz oğlu və 1990-cı il təvəllüdlü Yusif Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Qeyd edək ki, Y.Hüseynov polis əməkdaşıdır və vəziyyəti ağır olduğundan Bakıdakı özəl klinikalardan birinə köçürülüb.  


***23:06

Sabirabad. 2 mart. REPORT.AZ/ Sabirabad rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Bulaqlı kəndi ərazisində qeydə alınıb.

Biri “VAZ-2017”, ikisi “Mercedes” markalı avtomobil olmaqla baş verən qəzada 4 nəfər xəsarət alıb. Xəsarət alanlardan biri polis əməkdaşıdır. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi