Sabirabadda yol qəzası olub, xəsarət alanlar var

Sabirabadda yol qəzası olub, xəsarət alanlar var Sabirabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
5 Yanvar , 2022 22:46
Sabirabadda yol qəzası olub, xəsarət alanlar var
0 : 00
0 : 00

Sabirabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Qalağayın kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza nəticəsində Qalağayın kənd sakinləri, 1963-cü il təvəllüdlü Əkbərov Mirzağa Möhübbət oğlu, 1991-ci il təvəllüdlü Nəsirov Fəqan Rüstəm oğlu və Zeynalov Elmar Rizvan oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi