Sabirabadda yol qəzası nəticəsində 2 nəfər ölüb, 3 yaralı var - YENİLƏNİB

Sabirabadda yol qəzası nəticəsində 2 nəfər ölüb, 3 yaralı var - YENİLƏNİB Sabirabad rayonunda baş vermiş qəza nəticəsində 2 nəfər ölüb.
Hadisə
15 Avqust , 2019 08:30
Sabirabadda yol qəzası nəticəsində 2 nəfər ölüb, 3 yaralı var - YENİLƏNİB

Sabirabad rayonunda baş vermiş qəza nəticəsində 2 nəfər ölüb.

“Report”un Aran bürosu xəbər verir ki, hər iki meyit müayinə olunmaq üçün Sabirabaddakı məhkəmə tibbi ekspertizaya göndərilib.

Xəsarət alanlardan iki nəfər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Bunlar 1955-ci il təvəllüdlü Xudiyev Əliibrahim Əliş oğlu, 1987-ci il təvəllüdlü Dövlətov Nicat İbadulla oğludur. Daha 1 nəfər Şirvan Mərkəzi Xəstəxanasına çatdırılıb.


***08:12

Sabirabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Nərimankənd kəndi ərazisində olub.

İlkin məlumata görə, “KİA” və “QAZ-24” markalı avtomobillər toqquşub. Xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi