Sabirabadda avtomobil yeniyetməni vurdu

Sabirabadda avtomobil yeniyetməni vurdu Sabirabadda 13 yaşlı yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
136
18 May , 2020 06:24
Sabirabadda avtomobil yeniyetməni vurdu

Sabirabadda 13 yaşlı yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nizami kəndində qeydə alınıb.

Avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Əmirov Səyyad Mübariz oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı sol bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

S.Əmirovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır. 

Ramin Şahbazov 

Son xəbərlər

Orphus sistemi