Sabirabadda yanğın olub, 3 nəfər xəsarət alıb

Sabirabadda yanğın olub, 3 nəfər xəsarət alıb Sabirabad rayonunda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.
Hadisə
1 Fevral , 2021 09:17
Sabirabadda yanğın olub, 3 nəfər xəsarət alıb

Sabirabad rayonunda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.

FHN-dən "Report"a verilən məlumata görə, hadisə rayonun Rüstəmli kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 90 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi