Bakı. 22 dekabr. REPORT.AZ/ Sabirabad rayonunda yanacaqdoldurma məntəqəsinə basqın olub. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Oscar” yanacaqdoldurma məntəqəsinin işçiləri Mikayıl Balakişiyevi və Hikmət Mustafazadəni bıçaqla hədələyib oradan 1154 manat və 2 ədəd mobil telefonun Ulacalı kənd sakini, əvvəllər məhkum olunan Kamil Babayev tərəfindən aparılması müəyyən edilib. Araşdırmalar zamanı quldurluğun məntəqənin işçisi M.Balakişiyev tərəfindən təşkil edilməsi müəyyən olunub. Əməliyyat zamanı M.Balakişiyev də tutularaq istintaqa təqdim olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.