Sabirabadda sürücü yük maşınını arxaya verərkən arvadını vurub.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaralar kəndində qeydə alınıb.
İlkin məlumata görə, sürücü idarə etdiyi “Kamaz” markalı yük maşınını arxaya sürərkən arvadı, 1977-ci il təvəllüdlü Nuriyeva Həbibə Böyükağa qızını vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Başından ağır tramvalar alan qadının Bakıya göndəriləcəyi gözlənilir.
Faktla bağlı araşdırma aparılır.