Yuxarı

Sabirabadda sərnişin mikroavtobusu qəzaya düşüb, ölən və yaralananlar var - FOTO

© Report

Sabirabad. 22 fevral. REPORT.AZ/ Sabirabad rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaratəpə kəndi ərazisində baş verib.

Belə ki, "Ford" markalı sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 1-i ölüb, 4-ü ağır bədən xəsarətləri alıb. 

Hadisə zamanı Beyləqan rayonunun Dünyamalılar kənd sakini, 1975-ci il təvəllüdlü Fuad Hidayət oğlu Şükürov hadisə yerində ölüb.

Yaralılar:

1975-ci il təvəllüdlü Orucov Kənan Əli oğlu,
1962-ciil təvəllüdlü Rzayev Nadir Əsgər oğlu,
1997-ci il təvəllüdlü Quliyeva Səidə Əşrəf qızı.

Yaralılar Sabirabad  Rayon və Şirvan Şəhər Mərkəzi xəstəxanalarına çatdırılıblar. Onlardan birinin şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi