Sabirabadda restoran mexaniki cərəyan vurması nəticəsində keçinib

Sabirabadda restoran mexaniki cərəyan vurması nəticəsində keçinib Sabirabad. 11 avqust. REPORT.AZ/ Sabirabad rayonunda yerli sakin bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Hadisə
11 Avqust , 2018 22:46
Sabirabadda restoran mexaniki cərəyan vurması nəticəsində keçinib

Sabirabad. 11 avqust. REPORT.AZ/ Sabirabad rayonunda yerli sakin bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, rayonun Surra kəndində yerləşən restoranlardan birində mexanik işləyən 1965-ci il təvəllüdlü Cəfərov Usubəli Əliheydər oğlunu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi