Sabirabadda qatarın vurduğu şəxs xəstəxanada ölüb

Sabirabadda qatarın vurduğu şəxs xəstəxanada ölüb Sabirabad rayonunda qatar piyadanı vurub.
Hadisə
25 May , 2022 19:48
Sabirabadda qatarın vurduğu şəxs xəstəxanada ölüb

Sabirabad rayonunda qatar piyadanı vurub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə bu gecə saat 03:30-da Şirvan-Astara dəmir yolu xəttinin Sabirabad rayonu Çiçəkli kəndi ərazisindən keçən hissəsinin 29-cu kilometrliyində qeydə alınıb.

Belə ki, qatar təxminən 35-40 yaşlarında kişini vurub. O, ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Aparılan araşdırmalar zamanı həmin şəxsin şəxsiyyəti müəyyənləşməyib.

Həmin şəxs bu gün saat 17 radələrində xəstəxanada keçinib.

Son xəbərlər

Orphus sistemi