Sabirabadda qadını vurub öldürərək qaçan sürücü saxlanılıb - YENİLƏNİB-2

Sabirabadda qadını vurub öldürərək qaçan sürücü saxlanılıb - YENİLƏNİB-2 Sabirabad rayonunda qadını vurub öldürərək hadisə yerindən qaçan sürücü saxlanılıb.
Hadisə
22 Oktyabr , 2019 12:08
Sabirabadda qadını vurub öldürərək qaçan sürücü saxlanılıb - YENİLƏNİB-2

Sabirabad rayonunda qadını vurub öldürərək hadisə yerindən qaçan sürücü saxlanılıb.

Bu barədə "Report"un Aran bürosuna DİN Mətbuat xidmətindənin Şirvan regional qrupundan məlumat verilib.

Belə ki, oktyabrın 19-da saat 19 radələrində Sabirabad rayonunun Qalağayın kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Sabirabad şəhər sakini Zenfira Abuşova vurulub. Nəticədə xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən İ.Kuzmin saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


*** 10:23

Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən qadın piyadanın şəxsiyyəti məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, rayonun Qalağayın kəndi ərazisində naməlum avtomobil yolu keçmək istəyən rayon sakini Senfira Abuşovanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə yerləşdirilib. 


*** 08:46

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nqəliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.

Belə ki, naməlum avtomobil yolu keçmək istəyən qadın piyadanı vurub. Hələlik şəxsiyyəti məlum olmayan qadın aldığı yaralardan hadisə yerində ölüb. Qadını vuran avtomobilin sürcüsü hadisə yerindən qaçıb. 

Hadisəni törədən sürcünün axtarışlarına başlanılıb. 

Son xəbərlər

Orphus sistemi