Sabirabadda naməlum şəxslər 33 yaşlı kişiyə hücum ediblər

Hadisə
  • 05 sentyabr, 2021
  • 05:09
Sabirabadda naməlum şəxslər 33 yaşlı kişiyə hücum ediblər

Sabirabadda döyülmə hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Osmanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Cəfərov Səyyaf Fərasət oğlu tanımadığı şəxslər tərəfindən döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan S.Cəfərov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib

Faktla bağlı araşdırma aparılır.