Sabirabad mərkəzi bazarında yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-2

Sabirabad mərkəzi bazarında yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-2 Foto-video əlavə olunub
Hadisə
16 İyul , 2019 09:32

Foto-video əlavə olunub


*** 08:50

Sabirabadın mərkəzi bazarında yanğın söndürülüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlərin birgə mübarizəsi nəticəsində alov lokallaşdırılıb və yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Lakin buna baxmayaraq, ümumi sahəsi 1000 kvadratmetr sahədən artıq olan iki böyük və iki kiçik ticarət obyekti yanaraq yararsız hala düşüb. Sahibkarlara xeyli miqdarda ziyan dəyib. Hadisənin nədən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


***08:11

Bu gün səhər saatlarında Sabirabad şəhərinin İlham İsgəndərov küçəsində yerləşən Mərkəzi bazarda yanğın baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şahidlərinin sözlərinə görə, yanğın "Əmin" market ticarət obyektindən başlayıb.

Alov gücləndikcə əhatə dairəsi daha da genişlənib. Hadisə yerinə FHN-in 15-ə yaxın yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi