Sabirabadda maşın piyadanı vurub

Sabirabadda maşın piyadanı vurub Sabirabad. 18 avqust. REPORT.AZ/ Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
18 Avqust , 2018 19:21
Sabirabadda maşın piyadanı vurub

Sabirabad. 18 avqust. REPORT.AZ/ Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib

"Report"-un Mil-Muğan bürosunun verdiyi xəbərə görə, rayonun Azadakənd kəndinin sakini Xankişiyev İsrafilin idarə etdiyi "VAZ 2106" markalı avtomobil yolu keçən kənd sakini 1991-ci il təvəllüdlü Ağayev Vüqar Ataxan oğlunu vurub. 

Vüqar Ağayev dərhal kəllə-beyin travması ilə Şirvan şəhər Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi