Sabirabadda “Kamaz” aşıb, sürücü xəsarət alıb

Sabirabadda “Kamaz” aşıb, sürücü xəsarət alıb O, magistral yolda hərəkətdə olarkən anidən idarəetməni itirib
Hadisə
22 Oktyabr , 2017 08:49
Sabirabadda “Kamaz” aşıb, sürücü xəsarət alıb

Sabirabad. 22 oktyabr. REPORT.AZ/ Sabirabadda yük maşınının aşması nəticəsində sürücü xəsarət alıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb.

Hacıqabul sakini, 30 yaşlı Pərviz Hidayət oğlu Talıbov idarə etdiyi “Kamaz” markalı yük maşını ilə magistral yolda hərəkətdə olarkən anidən idarəetməni itirib, maşın yolun kənarına aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi