Sabirabadda “Jiquli” yük maşını ilə toqquşub, 1 nəfər yaralanıb

Sabirabadda “Jiquli” yük maşını ilə toqquşub, 1 nəfər yaralanıb “Jiquli”də sıxılıb qalmış sürücü xilasedicilər tərəfindən çıxarılıb
Hadisə
1 aprel 2017 14:39
Sabirabadda “Jiquli” yük maşını ilə toqquşub, 1 nəfər yaralanıb

Sabirabad. 1 aprel. REPORT.AZ/ Sabirabadda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə aprelin 1-i günorta saatlarında rayonun Şıxlar kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 50 yaşlı Əliyar Fazil oğlu Musayevin idarə etdiyi “Jiquli” “Kamaz” markalı yük maşını ilə toqquşub. Nəticədə avtomobildə sıxılıb qalmış “Jiquli”nin sürücüsü FHN-in əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi