Sabirabadda iki yük maşını toqquşub

Sabirabadda iki yük maşını toqquşub Sabirabad rayonunda baş verən yol qəzasında 1 nəfər xəsarət alıb.
Hadisə
12 Sentyabr , 2019 23:15
Sabirabadda iki yük maşını toqquşub

Sabirabad rayonunda baş verən yol qəzasında 1 nəfər xəsarət alıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Hacıqabul-Horadis magistral yolunun rayonun Şəhriyar kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

İki “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində, 22 yaşlı İmişli rayon sakini Pəşili Orxan Əlifağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan Sabirabad Rayon Mərkzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi