Sabirabadda iki avtomobil toqquşub, xəsarət alanlar var

Sabirabadda iki avtomobil toqquşub, xəsarət alanlar var Sabirabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
25 İyul , 2021 18:50
Sabirabadda iki avtomobil toqquşub, xəsarət alanlar var

Sabirabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayounun Novruzlu kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilin toqquşması nəticəsində Sabirabad rayon sakinləri, 1969-cu il təvəllüdlü Babayev Mehdi Abuzər oğlu və 1961-ci il təvəllüdlü Muxtarov Ağaşəf Muxtar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hər iki şəxs Sabirabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi