Sabirabad sakini xəsarət alıb.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Kürkəndi kəndində baş verib.
Kənd sakini, 1997-ci il təvəllüdlü Abasov Fəzail Bida oğlu atla gedərkən yıxılıb. Nəticədə onun sağ diz qapağı sınıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.