Sabirabadda yanğın zamanı ev sahibi xəsarət alıb - YENİLƏNİB

Sabirabadda yanğın zamanı ev sahibi xəsarət alıb - YENİLƏNİB Sabirabad rayonunda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib
Hadisə
21 Mart , 2021 08:49
Sabirabadda yanğın zamanı ev sahibi xəsarət alıb - YENİLƏNİB

Sabirabad rayonunda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, rayonun Qaratəpə kəndində baş verən yanğın zamanı ev sahibi, 1964-cü il təvəllüdlü İbrahimov Rauf Sədirxan oğlu yanıq xəsarətləri alıb.

Qeyd edək ki, hadisə R.İbrahimova məxsus tikintisi hələ başa çatmayan fərdi yaşayış evində olub.

Faktla bağlı araşdırma aparılır.

08:30

Sabirabad rayonunda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Qaratəpə kəndində ümumi sahəsi 104 m² olan tikintisi başa çatmayan kürsülü birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 24 m² sahədə, 1 otağının tavanı 10 m² sahədə və döşəməsi 3 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi