Sabirabadda avtomobil maneəyə çırpılıb, 5 nəfər xəsarət alıb
Hadisə
- 20 aprel, 2023
- 04:30
Sabirabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili anidən idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb.
Qəza nəticəsində rayonun Yenikənd kənd sakinləri - 1984-cü il təvəllüdlü Nuriyev Ülvi Vəlixan oğlu, 1988-ci il təvəllüdlü Tağıyev Aqil Əlizamin oğlu, 1981-ci il təvəllüdlü Abasov Vilayət Şərakət oğlu, 2002-ci il təvəllüdlü Abasov Elşən Vilayət oğlu və 2013-cü il təvəllüdlü Tağıyev Əsgər Aqil oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralananlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
07:14
Keçmiş məcburi köçkün: Doğma torpaqlarımızın yuxuma girmədiyi bir gecə də yox idi
Daxili siyasət07:03
Doğma yurda qayıdan Horovlu sakini: 33 il idi, bu günü həsrətlə gözləyirdik
Daxili siyasət06:57
Foto
Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salınıb
Daxili siyasət06:40
ABŞ-də qar fırtınası nəticəsində 42 nəfər həlak olub
Digər ölkələr06:13
KXDR yenilənmiş iriçaplı reaktiv yaylım atəşi sisteminin sınaqlarını keçirib
Digər ölkələr05:43
Yakutiyada fərdi yaşayış evində baş verən yanğında beş nəfər həlak olub
Region05:16
ABŞ HDQ-yə aid PUA və təyyarə İranın cənubunda patrul uçuşu həyata keçirib
Region04:53
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
Xarici siyasət04:28