FHN Şirvanda yanğınla nəticələnən yol qəzası barədə məlumat yayıb - YENİLƏNİB-2

Hadisə
  • 15 yanvar, 2024
  • 18:11
FHN Şirvanda yanğınla nəticələnən yol qəzası barədə məlumat yayıb - YENİLƏNİB-2

Şirvan şəhərində yol-qəza hadisəsi nəticəsində “Volkswagen” markalı minik avtomobilində yanğın baş verib.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

20:48

Bu gün saat 20 radələrində Hacıqabul-Horadiz yolunun 6-cı kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a bildirilib ki, Sabirabad rayon sakini, sürücü Davud Məmmədov idarə etdiyi "Volkswagen" markalı avtomobili idarəetməni itirərək aşırıb.

Nəticədə o hadisə yerində həyatını itirib.

Araşdırma aparılır.

20:31

Sabirabadda avtomobil aşaraq yanıb, sürücü ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Sabirabad rayonu ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq kənara aşıb.

Avtomobil anidən alovlanmağa başlayıb. Nəticədə sürücü yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti