​Sabirabadda ata və oğul bıçaqlanıb

​Sabirabadda ata və oğul bıçaqlanıb Hadisəni onların tanıdıqları adam törədib
Hadisə
11 Avqust , 2016 07:59
​Sabirabadda ata və oğul bıçaqlanıb

Sabirabad. 11 avqust. REPORT.AZ/ Sabirabadda biçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Əhmədabad kəndində qeydə alınıb.

İlkin məlumata görə, həmin kəndin sakinləri, 51 yaşlı Əhməd Hafiz oğlu Əhmədov və onun oğlu, 26 yaşlı Xamza Əhməd oğlu Əhmədov ailə münaqişəsi zəminində tanıdıqları şəxs tərəfindən bir neçə bıçaq yarası alıblar. Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Sabirabad rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi