Sabirabad. 14 mart. REPORT.AZ/ Sabirabad rayonunda döyülmə hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Yenikənd kəndində qeydə alınıb.
Həmin kəndin sakinləri - 1972-ci il təvəllüdlü Qəniyev Adəm Xanbala oğlu və onun 1993-cü il təvəllüdlü oğlu Nəsimi Qəniyev tanıdığı şəxslər tərəfindən bellə döyülərək ağır xəsarət alıblar. Yaralılar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq Travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.