Sabirabadda ağır yol qəzası olub, ölən və yaralanan var - FOTO - VİDEO - YENİLƏNİB

Sabirabadda ağır yol qəzası olub, ölən və yaralanan var - FOTO - VİDEO - YENİLƏNİB Hadisə zamanı trokorda olan yeniyetmə ölüb
Hadisə
27 Noyabr , 2018 13:28
Sabirabadda ağır yol qəzası olub, ölən və yaralanan var - FOTO - VİDEO - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Sabirabad. 27 noyabr. REPORT.AZ/ Sabirabad rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Şəhriyar kənd sakini,1973-cü il təvəllüdlü Ramiz Abdullayevin idarə etdiyi traktor “Ford” markalı 30-AA -194 dövlət qeydiyyatlı avtomobillə toqquşub. Nəticədə traktor idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı traktorda olan sürücünün oğlu 2004-cü il təvəllüdlü Rasət Ramiz oğlu Abdullayev aldığı xəsarətlərdən yerindəcə ölüb. Traktorun sürücüsü isə ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 


*** 11:47

Sabirabad. 27 noyabr. REPORT.AZ/ Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb. 

Hadisə zamanı trokorda olan yeniyetmə ölüb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi