Sabirabadda baş vermiş ağır yol qəzasında ata və oğlu ölüb - ƏLAVƏ OLUNUB

Sabirabadda baş vermiş ağır yol qəzasında ata və oğlu ölüb - ƏLAVƏ OLUNUB Faktla bağlı araşdırma aparılır
Hadisə
20 İyun , 2017 22:18
Sabirabadda baş vermiş ağır yol qəzasında ata və oğlu ölüb - ƏLAVƏ OLUNUB
Courtesy İmage

Sabirabad. 20 iyun. REPORT.AZ/ Sabirabad rayonunda ağır yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında, rayonun Nizamikənd kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Şachman” markalı yük maşınının “Vaz-2106” markalı, 52-BB-692 dövlət nömrə nişanlı avtomobillə toqquşması nəticəsində iki nəfər ölüb. Qəza zamanı “Vaz-2106 markalı avtomobildə ölənlər Saatlı rayonunun Mircəlal kəndinin sakinləri - Həsənxan Hüseynxan oğlu Astanov və onun oğlu Dəyanət Astanovdur.

Hadisə yerinə xilasedicilər və təcili yardım maşını cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi