Sabirabadda 48 yaşlı kişi özünü yandırıb

Sabirabadda 48 yaşlı kişi özünü yandırıb Sabirabad sakini özünü yandırıb.
Hadisə
13 Noyabr , 2021 13:15
Sabirabadda 48 yaşlı kişi özünü yandırıb

Sabirabad sakini özünü yandırıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Yolçubəyli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1973-cü il təvəllüdlü Eldarov Elsər Eldar oğlu həyətdəki hamama gedərək üzərinə benzin tökərək özünü yandırıb.

Bundan xəbər tutan yaxınları son anda onu xilas edə bilib. Yanıq xəsarətləri alan E. Eldarov təcili yardım maşını ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Xəstənin koma vəziyyətində olduğu bildirilir.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi