Sabirabadda 22 yaşlı qız iynə udub

Sabirabadda 22 yaşlı qız iynə udub 22 yaşlı Əfsanə Mütəllimova xəstəxanaya yerləşdirilib
Hadisə
12 May , 2017 21:42
Sabirabadda 22 yaşlı qız iynə udub

Sabirabad. 12 may. REPORT.AZ/ Sabirabad rayonunda qız iynə udub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Çöl Beşdəli kəndində qeydə alınıb.

Kənd sakini, 22 yaşlı Əfsanə Nazim qızı Mütəllimova ehtiyatsızlıqdan iynə udub. Ağrılardan əziyyət çəkən qız yaxınları tərəfindən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda rentgen müayinəsi aparılır.

Son xəbərlər

Orphus sistemi