Sabirabadda 13 yaşlı velosipedçini avtomobil vurub

Hadisə
  • 02 iyun, 2022
  • 04:02
Sabirabadda 13 yaşlı velosipedçini avtomobil vurub

Sabirabadda avtomobil yeniyetməni vurub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Füzuli küçəsində qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan 2009-cu il təvəllüdlü Babayev Namiq Rafiq oğlu velosipedlə yolu keçmək istəyən zaman “Hyundai” markalı avtomobil onu vurub.

Müxtəlif dərəcəli ağır xəsarətlər alan yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.