Sabirabad sakininin maşınından 335 kiloqram mənşəyi bilinməyən ət aşkar edilib

Sabirabad sakininin maşınından 335 kiloqram mənşəyi bilinməyən ət aşkar edilib Götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Dövlət Baytarlıq Xidmətininin laboratoriyasına təhvil verilib
Hadisə
8 Mart , 2017 13:15
Sabirabad sakininin maşınından 335 kiloqram mənşəyi bilinməyən ət aşkar edilib

Bakı. 8 mart. REPORT.AZ/ Sabirabad sakininin maşınından mənşəyi bilinməyən 335 kiloqram ət aşkar edilib.

“Report” Daxili İşlər Nazirliyinin (DİN) istinadən xəbər verir ki, martın 6-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Sabirabad şəhər sakini Nadir Kərimovun paytaxt ərazisində idarə etdiyi "Mercedes" markalı avtomobilə baxış keçirilib. Orada müvafiq sənədləri olmayan, mənşəyi bilinməyən 335 kiloqram ət aşkar edilib.

Götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Dövlət Baytarlıq Xidmətininin laboratoriyasına təhvil verilib.

Son xəbərlər

Orphus sistemi