Sabirabad sakinindən tüfəng, beşbarmaq və narkotik götürülüb

Sabirabad sakinindən tüfəng, beşbarmaq və narkotik götürülüb Bakı. 18 aprel. REPORT.AZ/ Sabirabad rayon sakinindən tüfəng, beşbarmaq və narkotik götürülüb.
Hadisə
18 Aprel , 2018 12:16
Sabirabad sakinindən tüfəng, beşbarmaq və narkotik götürülüb

Bakı. 18 aprel. REPORT.AZ/ Sabirabad rayon sakinindən tüfəng, beşbarmaq və narkotik götürülüb.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Daşqın Məhərrəmov saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan çəkisi 2,5 qram heroin, 1,4 qram tiryək, 2 ədəd şpris və çətənə toxumları aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq marixuana, həmçinin 1 ədəd pnevmatik tüfəng, 1 ədəd beşbarmaq və 4 ədəd bıçaq aşkar edilərək götürülüb.

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi