Sabirabad sakinindən narkotik vasitə götürülüb

Sabirabad sakinindən narkotik vasitə götürülüb Sabirabad rayon sakinindən narkotik vasitə götürülüb.
Hadisə
28 dekabr 2019 10:04
Sabirabad sakinindən narkotik vasitə götürülüb

Sabirabad rayon sakinindən narkotik vasitə götürülüb. 

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report”un Aran bürosuna bildirilib ki, daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Muğan Gəncəli kənd sakini, əvvəllər məhkum olunmuş 36 yaşlı Qafur Həmzəyev saxlanılıb.

Polis bölməsinin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman torpağa basdırılmış şüşə qablarda ümumi çəkisi yarım kiloqramdan artıq olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi