Sabirabad sakinindən külli miqdarda marixuana götürülüb

Sabirabad sakinindən külli miqdarda marixuana götürülüb Sabirabad rayon sakinində külli miqdarda marixuana aşkarlanıb.
Hadisə
4 Dekabr , 2019 12:32
Sabirabad sakinindən külli miqdarda marixuana götürülüb

Sabirabad rayon sakinində külli miqdarda marixuana aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əsgərbəyli kənd sakini Q.Qarayevin evinin həyətindən 455 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi