Kür çayında batan şəxsin intihar etdiyi məlum olub - YENİLƏNİB

Kür çayında batan şəxsin intihar etdiyi məlum olub - YENİLƏNİB Dalğıc-axtarış qrupu axtarışları davam etdirir
Hadisə
1099
5 Aprel , 2021 17:04
Kür çayında batan şəxsin intihar etdiyi məlum olub - YENİLƏNİB

Kür çayında batan şəxsin intihar etdiyi məlum olub.

“Report”un əldə etdiyi xəbərə görə, Sabirabad rayon sakini İsfəndiyar Abbasov özünü Kür çayına atıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışları davam etdirir.

Əlavə məlumat veriləcək.

13.15

Sabirabad rayon sakini Kür çayında batıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi