Sabirabad sakini intihar edib

Hadisə
  • 13 may, 2019
  • 03:41
Sabirabad sakini intihar edib

Sabirabadda intihar hadisəsi olub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Kovlar kəndində qeydə alınıb.

Kənd sakini, 1996-cı il təvəllüdlü Zeynalov Şamil Zeynal oğlu həyətdəki ağacdan özünü asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə