“Sabir bağı”ndakı bıçaqlanma ilə bağlı məhkəmə başladı

“Sabir bağı”ndakı bıçaqlanma ilə bağlı məhkəmə başladı Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Seymur Əliyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Hadisə
24 Fevral , 2020 10:45
“Sabir bağı”ndakı bıçaqlanma ilə bağlı məhkəmə başladı
Getty

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Seymur Əliyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

“Report” xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası martın 5-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Səbail Rayonu ərazisində baş verib.

Belə ki, 1996-cı il təvəllüdlü Talıbov Kamran Akif oğlu “Sabir bağı” ərazisində bıçaqlanıb.

1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən yaralıya qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hadisəni törətməkdə təqsirləndirilən S.Əliyevə Cinayər Məcəlləsinni 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi