Naxçıvan Səfərbərlik Xidmətinin sabiq rəisi barədə həbs qətimkan tədbiri seçilib
Hadisə
- 16 fevral, 2024
- 05:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi Cəlilov Mirzə Xəlil oğlunun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə Bakı Hərbi Məhkəməsində baxılıb.
"Report"un xəbərinə görə, o, Xidmətin rəisi vəzifəsində işlədiyi müddətdə ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət almaqda ittiham edilir.
Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə Mirzə Cəlilov barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Mirzə Cəlilov əvvəllər Naxçıvan şəhər Polis İdarəsinin rəisi vəzifəsində də çalışıb.
Son xəbərlər
05:05
Albaniyada etirazçıların polis bölməsinə hücumu nəticəsində on nəfər yaralanıb
Digər ölkələr
04:38
Mark Karni hərbi bazada partlayış nəticəsində hərbçilərin öldüyünü təsdiqləyib
Digər ölkələr
04:23
İtaliyada aksiyalar zamanı 160 etirazçı saxlanılıb
Digər ölkələr
03:48
SEPAH: Hörmüz boğazında tanker minaya düşüb
Region
03:12
La Liqa: "Real" "Sevilya"nı darmadağın edib
Futbol
02:53
Liviyada hərbi düşərgədə partlayış nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr
02:35
Türkiyə Moskva - Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
Region
02:18
Tramp Rusiya-Ukrayna danışıqlarında irəliləyiş olduğunu açıqlayıb
Digər ölkələr
01:38
ABŞ Ukrayna qaçqınlarının ərazisində qalmaq hüququnu ləğv etməyəcək
Digər ölkələr