Sabiq polis polkovnikinin məhkəməsinə şahidlər məcburi gətiriləcək

Sabiq polis polkovnikinin məhkəməsinə şahidlər məcburi gətiriləcək Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində işgəncə etməkdə təqsirləndirilən sabiq polis-polkovniki Əliqulu Ağaliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
1 Aprel , 2019 11:57
Sabiq polis polkovnikinin məhkəməsinə şahidlər məcburi gətiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində işgəncə etməkdə təqsirləndirilən sabiq polis-polkovniki Əliqulu Ağaliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə şahidlərin yenə də məhkəməyə gəlmədikləri elan olunub.

Məhkəmə şahidlərin məcburi gətirilməsi barədə qərar çıxarıb.

Elan olunub ki, bu iş üzrə dindirilməmiş 7 şahid qalıb və onların əksəriyyəti təqaüdə çıxmış polis əməkdaşlarıdır.

Proses aprelin 15-dək təxirə salınıb.

Qeyd edək ki, Ə.Ağaliyevin barəsində Cinayət Məcəlləsinin 293.-2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində Ə.Allahverdiyev tanınır.

Ə.Ağaliyev barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Hadisə baş verən zaman Ə.Ağaliyev Qaradağ rayon Polis İdarəsinin rəis müavini vəzifəsində işləyib.

Son xəbərlər

Orphus sistemi